EN

Rusiya Prokurorluğuna bloqer Hüseyn Həsənovla bağlı daha bir iş daxil oldu


Bloqer Hüseyn Həsənova qarşı 170 milyon rubl məbləğində (3,8 milyon manat) vergidən yayınma ittihamı ilə qaldırılan cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa təqdim edilib.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat verib.
“İttiham aktının baxılması üçün Cənub İnzibati Dairə Prokurorluğuna bloqer Hüseyn Həsənov barəsində cinayət işi daxil olub. İlkin istintaq başa çatıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Hüseun Həsənov Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi (şəxs tərəfindən cinayət törətmək nəticəsində əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (yuyulması)) ilə qiyabi ittiham olunub.
O, qiyabi olaraq həbs edilib və axtarışa verilib.
Chosen
104
1
yeniavaz.com

3Sources