EN

"Köhnə estakadalar Xəzərin ekoloji vəziyyətini ağırlaşdırır" - QHT sədri

"Xəzər dənizi onilliklər boyu intensiv neft-qaz hasilatı,şəhər kanalizasiya axıntıları və nəzarətsiz antropoqen fəaliyyətin təsiri altında qalıb. Xüsusilə Abşeron yarmadası və Bakı buxtası köhnə istismaradan çıxmış neft quyuları,paslanmış estakadalar,dibdə yığılan neftlə çirklənmiş lil qatları səbəbindən davamlı çirklənmə mənbəyinə çevrilib. Dəniz suyunun son illər çəkilməsi isə bu çirklənməni vizual olaraq daha da aşkar edib və metal konstruksiyalar sahilə yaxın ərazilərdə ekoloji  və təhlükəsislik riskilərini artırıb".

Bu sözləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, köhnə neft quyuları və estakadalar təkcə keçmiş sənaye fəaliyyyətinin izi deyil, eyni zamnada mikro və makro səviyədə neft sızıntılarının, ağır metalların suya qarışmasının, dəniz ekosisteminin zədələnməsinin əsas mənbələrindən biridir. Onlarən ləğv edilməsi çirklənmənin davamlı mənbəyini aradan qaldırır, dənizin özünübərpa potensialını gücləndirir, sahil zonalarının təhlekəsiz vəistifadəyə yararlı hala gəlməsinə şərait yaradır.Bu qərar ekoloji baxımdan gecikmiş olsa da zəruri və müsbət addım kimi dəyərləndirilməlidir.

  • Nazirlər kabinetində səsləndirilən tapşırıqlar :
  • Dövlət səviyyəsində ekoloji problemin qəbul edilməsi ;
  • Xəzərin daha da pisləşməsinin qarşısını almaq niyyəti ;
  • İctimai narahatlığa verilən gecikmiş,lakin mühüm cavabdır.

QHT sədri qeyd edib ki, bu prosesləedən sonra Xəzərin ekoloji durumu tam bərpa olunmaya bilər,lakin çirklənmənin artım tempi azaldıla, Bakı buxtası mərhələli şəkildə sağlamlaşdırıla, gələcək nəsillər üçün daha dayanıqlı ekoloji mühit formalaşdırıla bilər:

"Məhz bu səbələrdən Baş nazirin Bakı buxtasının vəziyyəti ilə bağlı açıqlaması mühüm bir diqqəti üzə çıxarır:məsələ təkcə şəhərin görnüşü deyil, dərin ekoloji deqradasiyasıdır. Suyun səthindəki neft ləkələrinin və tullantıların təmizlənməsi,sahilə çıxmış metal konstruksiyaların kənarlaşdırılması sanitariya və ictimai sağlamlıq baxımından müsbət nəticə verəcək, şəhər mühitinin estetik görünüşünü yaxşılaşdıracaq. Lakin buxtanın real ekoli bərpası üçün dib çöküntülərinin rekultivasiyası, şəhər və sənaye axıntılarının tam nəzarətə alınması, uzunmüddətli su keyfiyyəti monitorinqi vacib şərtdir.Bunlar olmadan Bakı buxtasında ekoloji sabitlik əldə etmək mümkün deyil. Köhnə neft quyularının və estakadaların ləğvi təkcə texniki tədbir deyil, ekoloji məsuliyyətin göstəricisidir. Əgər bu addımlar ardıcıl, elmi əsaslı və şəffaf şəkildə icra olunarsa, Xəzər dənizi və Bakı buxtası üçün real dəyişikliklərin başlanğıcı ola bilər".

QHT sədri həmçinin bildirib ki, Nazirlər Kbinetində qəbul olunan qərarlar Xəzər dənizi və Bakı buxtası ilə bağlı illərdir yığılan problemlərə dövlət səviyyəsində diqqətin artdığını göstərir.Bu addımlar Xəzərin ekoloi vəziyyətini dərhal ideal hala gətirməsə də, daha da pisləşməsinin qarşısını almaq və mərhələli bərpa prosesinə başlamaq üçün mühüm fürsətdir:

"Məsələnin taleyi isə icranın keyfiyyətindən , şəffaflığından və davamlı nəzarətdən asılı olacaq.Əgər bu şərtlər yerinə yetirilərsə,Xəzər dənizi və Bakı buxtası üçün real ekoloji dönüşün əsası qoyula bilər".

Chosen
30
qht.az

1Sources