Son günlər yağan qarın sürətlə əriməsi çaylarda sululuğun artmasına səbəb olub.
NOCOMMENT.az Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonundan keçən Mişarçayda suyun səviyyəsi maksimum həddə yaxınlaşıb. Çay üzərində yerləşən 4 su anbarı və 2 su tutarın hamısı dolub. Bu səbəbdən anbarlara daxil olan sular məcraya buraxılır. Hazırda mümkün su basmalarının qarşısının alınması məqsədilə əksər qıza çıxışları aktiv vəziyyətə gətirilib.