EN

Gözlənilməz ADDIM: Rusiyalı senator Ukraynada döyüşməyə getdi

Nijni Novqorod şəhərinin senatoru Aleksandr Vaynberq səlahiyyətlərini vaxtından əvvəl dayandıraraq Ukraynada müharibəyə yollanıb.

KONKRET.az-ın xəbərinə görə, Nijni Novqorod vilayətinin qanunverici orqanının spikeri Yevgeni Lyulin bildirib ki, senator Aleksandr Vladelenoviç Vaynberq şəxsi istəyinə əsasən səlahiyyətlərini dayandırıb və “Xüsusi hərbi əməliyyat” adı ilə aparılan müharibədə iştirak etmək qərarına gəlib.

Lyulin qeyd edib ki, o, Vaynberqin “Vətənini qoruyanlar sırasında olmaq” istəyini anlayışla qarşılayıb və bunun düşünülmüş və diqqətlə qəbul edilmiş qərar olduğunu vurğulayıb.

Spiker həmçinin əlavə edib ki, senator 2022-ci ildən bəri humanitar yardım toplanmasında iştirak edib və dəfələrlə münaqişə zonasına səfər edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
22
1
konkret.az

2Sources