EN

Muzeydə musiqi layihəsi çərçivəsində növbəti konsert keçiriləcək

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fevralın 4-ü saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində gənc ifaçı, beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadənin solo konserti keçiriləcək.

525.az xəbər verir ki, konsert “Muzeydə musiqi” layihəsi çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr olunub.

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun rəhbərliyi ilə hazırlanan konsertdə Nərgiz Eyyubova və Ülviyyə Nağızadə konsertmeyster qismində çıxış edəcəklər. Proqrama, həmçinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılova da qatılacaq.

Konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
525.az

1Sources