EN

Azərbaycanda 2 milyondan çox uşağın cəmi 40 %-i bağçaya gedir

Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Komitənin sədri xatırladıb ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

"Yeni qanun layihəsində çətin həyat şəraitində olan uşaqların hüquq və mənafeləri qorunur. Həmçinin yeni sənəddə qeyd edilib ki, valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Layihəyə görə, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir".

Chosen
12
6
azedu.az

8Sources