EN

Azərbaycanlı blogerin 3 milyonluq işi Rusiya prokurorluğuna daxil olub

Bloger Hüseyn Həsənovun 170 milyon rubl (3,8 milyon manat) məbləğində vergiləri ödəməməsi ilə bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi üçün Rusiya prokurorluğuna daxil olub.

Ölkə.az xəbər verir ki, bu barədə TASS Moskva prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bloger Hüseyn Həsənovla bağlı cinayət işi ittiham aktının təsdiqlənməsi məsələsinə baxılması üçün Cənub inzibati dairəsinin prokurorluğuna daxil olub. İş üzrə ilkin istintaq başa çatıb", - məlumatda bildirilib.

Chosen
43
1
olke.az

2Sources