Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“İndi bağçalarla təminatın artırılması üçün özəl sektora bir sıra güzəştlər verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.
“Söhbət yalnız tərbiyədən getmir. Sosiallaşmanın və ilkin dünyagörüşünün formalaşdığı müəssisələrin sayı 2 milyon 730 min olan uşaqlarımızın yalnız 40 faizini əhatə edir. Bağçalarda keyfiyyət standartları, pedaqoji heyətin hazırlığı, valideynlə əməkdaşlıq hər zaman diqqət mərkəzində saxlanılmalıdır.
Lakin peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında ayrılan yerlərin sayı ildən-ilə artır. Bu pillə əmək bazarı üçün xüsusi əhəmiyyət daşıyır”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.