EN

Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 28 yanvar, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Qlobal Əmək Bazarı Konfransında iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfransın ilk günü keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rəşad Mustafayev ölkəmizdə son illər əmək və məşğulluq sahəsində aparılan islahatlar, həyata keçirilən aktiv məşğulluq proqramları barədə məlumat verib.

O, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın icrası olaraq layiqli iş imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının dəstəklənməsi və inkişaf etdirilməsi, işsiz və işaxtaran şəxslərin münasib işlərlə təminatı sahələrində ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.

İşçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasının, işəgötürənlərlə sıx tərəfdaşlığın qurulmasının da prioritet fəaliyyət istiqamətlərindən olduğu qeyd edilib. 2025-ci ildə ölkəmizdə məşğulluq orqanları tərəfindən 567 min nəfərin aktiv əmək bazarı proqramlarına cəlb edildiyi, onlardan 189 min nəfərin işlə təminatının həyata keçirildiyi, həmçinin özünüməşğulluq, peşə hazırlığının təşkili proqramlarının icrası işləri diqqətə çatdırılıb.

Həmin sahələrdə görülən işlərlə, aparılan islahatlarla bağlı digər ölkələrdəki tərəfdaşlarla faydalı təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb, ölkəmizin uğurlu təcrübələri bölüşməyə hazır olduğu qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
4
azertag.az

5Sources