EN

Skuterlər Bakıda qəza yaradır - Nazirlik rəsmisi

“Elektrikli skuterlərdən düzgün istifadə edilməməsi  yol-nəqliyyat travmalarının sayını artırır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.

O bildirib ki, bu xəsarətlər statistik göstəricilərdə özünü götərir:

Son illər skuterlərin geniş yayılması bu növ travmaların da artmasına səbəb olub. Bu xəsarətlər avtomobil qəzaları kateqoriyasına daxil edilir və ümumi yol-nəqliyyat hadisələrinin müəyyən hissəsini təşkil edir”.

Chosen
123
1
cebheinfo.az

1Sources