EN

Rusiyada hərbi komissarlığı yandırmaq istəyən yeniyetməyə 7 il həbs cəzası verilib

Rusiyanın Tver vilayətində 14 yaşlı yeniyetmə hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yeniyetmə terror təşkilatında iştirak etmək və terror aktı törətməyə cəhddə ittiham olunub.

Müstəntiqlərin sözlərinə görə, 2025-ci ilin may ayında yeniyetmə Ukrayna kəşfiyyatının təlimatı ilə üç "Molotov kokteyli" hazırlayaraq binanı yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı İstintaq Komitəsi və FSB əməkdaşları tərəfindən alınıb.

Chosen
4
2
apa.az

3Sources