Rusiyanın Tver vilayətində 14 yaşlı yeniyetmə hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yeniyetmə terror təşkilatında iştirak etmək və terror aktı törətməyə cəhddə ittiham olunub.
Müstəntiqlərin sözlərinə görə, 2025-ci ilin may ayında yeniyetmə Ukrayna kəşfiyyatının təlimatı ilə üç "Molotov kokteyli" hazırlayaraq binanı yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı İstintaq Komitəsi və FSB əməkdaşları tərəfindən alınıb.