EN

Ötən il cinayət məsuliyyətindən azad olunanlar dövlət büdcəsinə nə qədər vəsait ödəyib?

Bakı.Trend:

2025-ci il ərzində prokurorluq orqanları tərəfindən 700,ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayətişinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçünməhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmışcinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmişmateriallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğindəmaddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinənail olunub.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərinvə qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasındaməlumat verilib.

Bildirilib ki, prokurorluq orqanlarında ibtidai istintaqıaparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərəkistintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsininödənilməsinə nail olunmuş, 82 milyon 400 min manatdan artıqməbləğdə əmlak üzərinə həbs qoyulub.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinəəsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayətməsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinəəlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həminməbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqıaparılmış işlər olub.

Məqalədə:
Chosen
51
2
az.trend.az

1Sources