EN

Benzini Azərbaycandan alanlar indi “təzyiq” nağılı danışır – Xankəndidən yeni köçən 11 erməninin nağılı…

Tarixin zibilliyinə atılmış qondarma “arsax” rejiminin artıq mövcud olmayan strukturlarından səsləndirilən növbəti iddialar reallıqla tam ziddiyyət təşkil edir.

Bu dəfə təxribatçı açıqlama ilə çıxış edən məhv olmuş qondarma qurumun sabiq “ombudsmanı” Geqam Stepanyan Qarabağdan Ermənistana köçmüş 11 erməni ilə bağlı əsassız ittihamlar irəli sürüb.

Stepanyan iddia edib ki, guya həmin şəxslər son aylar ərzində İrəvandakı “Dqyasak” hotelində məhdudiyyətlər altında saxlanılıb, ailə üzvləri ilə əlaqələri kəsilib, bəzilərində zorakılıq və işgəncə izləri müşahidə olunub. O, həmçinin iddia edib ki, bu ermənilər Qarabağı könüllü deyil, məcburi şəkildə tərk ediblər və açıqlamasını istehzalı şəkildə “Sülh artıq gəlib” sözləri ilə yekunlaşdırıb.

Reallıq isə tamamilə başqadır.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan yalnız və yalnız öz suveren ərazisində yuva salmış, əli silahlı terrorçu dəstələri zərərsizləşdirdi. Bu proses zamanı bölgədə yaşayan mülki əhaliyə qarşı bütün dünyanın gözü qarşısında humanist və məsuliyyətli davranış nümayiş etdirildi.

Qarabağda yaşayan erməni sakinlərə rəsmi şəkildə bildirildi ki, Azərbaycan vətəndaşlığını qəbul edərək bölgədə təhlükəsiz və sülh şəraitində yaşaya bilərlər. Bölgəni könüllü tərk edənlər üçün isə bütün zəruri şərait yaradıldı. Yolboyu heç bir narahatlıq yaşamamaları üçün Azərbaycanın şanlı polisi və digər dövlət qurumları xüsusi diqqət göstərdi, hətta körpə uşaqlara şirniyyatlar paylandı.

Sərhəd-keçid məntəqəsindən keçən ermənilərin demək olar ki, hamısı Azərbaycan tərəfindən heç bir zorakılığa məruz qalmadıqlarını açıq şəkildə bəyan etdilər. Bu faktlar videomateriallar və beynəlxalq müşahidəçilərin qeydləri ilə də təsdiqini tapıb.

Belə bir şəraitdə bu gün Azərbaycanın Ermənistana benzin satdığı, Azərbaycan üzərindən Ermənistana taxıl daşındığı, Ermənistan cəmiyyətində ucuz yanacağın sevincinin yaşandığı bir vaxtda “11 erməniyə təzyiq” iddialarının səsləndirilməsi sağlam məntiqə sığmır. Ağlı başında olan hər kəs anlayır ki, regionda sülh və normallaşma siyasəti aparan Azərbaycanın bu cür iddialarda maraqlı olması absurddur.

Benzini Azərbaycandan alan, iqtisadi baxımdan Bakıdan asılılığı açıq-aşkar görünən dairələrin indi “təzyiq” nağılı danışması sülh reallıqlarını qəbul edə bilməyənlərin növbəti informasiya manipulyasiyasından başqa bir şey deyil.

Musavat.com

Chosen
12
1
editor.az

2Sources