EN

Avropa Komissiyası və Avropa Şurası sədrlərinin vəzifələrinin birləşdirilməsi TƏKLİF OLUNUR

Avropa İttifaqında iki əsas rəhbər vəzifənin - Avropa Komissiyasının sədri və Avropa Şurasının sədrinin - birləşdirilməsi ilə bağlı təklif irəli sürülüb. Bu təşəbbüslə Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının lideri Manfred Veber çıxış edib.

“İki sahil” "Politico" nəşrinə istinadla xəbər verir ki, Veber bu təklifi Brüsseldə biznes ictimaiyyəti ilə keçirilən görüş zamanı səsləndirib. Onun fikrincə, sözügedən vəzifələrin birləşdirilməsi Avropa İttifaqının beynəlxalq arenada vahid mövqe ilə çıxış etməsi üçün zəruridir.

“Biz bloklanmış vəziyyətdəyik, danışmaq və səs vermək imkanımız yoxdur, qlobal arenada söz haqqımız zəifləyib və buna son qoyulmalıdır”, — deyə Veber bildirib.

O vurğulayıb ki, bu cür islahat Aİ-nin təsis müqavilələrində dəyişiklik edilməsini tələb etmir və Avropa İttifaqında növbəti seçkilərdən sonra — 2029-cu ildə həyata keçirilə bilər.

"Politico" nəşri həmçinin yazır ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə gərgin münasibətlərə malikdir.

Chosen
66
ikisahil.az

1Sources