EN

Otokar Rumıniyanın zirehli nəqliyyat vasitələri tenderindəki tərəfdaşını satın alır

“Otokar” şirkəti Rumıniya Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “C.N. Romtehnica S.A.” şirkətinin açdığı 857 milyon avro dəyərində 1059 ədəd 4×4 taktiki təkərli yüngül zirehli avtomobilin alınmasını nəzərdə tutan tender üzrə COBRA II maşınlarının istehsal və çatdırılma prosesini davam etdirir.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, “Otokar” şirkəti Rumıniyada istehsal ediləcək 781 ədəd COBRA II üçün yerli istehsal hazırlıqları istiqamətində mühüm bir addım atıb.

Belə ki, şirkət Rumıniyadakı tenderin icrası üçün seçdiyi “yerli istehsal tərəfdaşını” satınalma yolu ilə “Avropadakı istehsal müəssisəsinə” çevirmək məqsədilə hərəkətə keçib.

Bu çərçivədə “Otokar” Rumıniyada yerləşən və müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Automecanica S.A.” (“Automecanica”) şirkətinin nizamnamə kapitalının 96,77 faizini təmsil edən payları əldə etmək üçün səhmdarlar ilə hissə alqı-satqısı müqaviləsi üzrə danışıqlardan əvvəl əsas prinsiplərin müəyyən edilməsi məqsədilə razılaşma protokolu imzalayıb.

Beləliklə, “Otokar” ilə “Automecanica” arasında yerli istehsal tələblərini yerinə yetirmək üçün yaradılmış “məcburi tərəfdaşlıq”, mülkiyyət münasibətinə çevriləcək.

Razılaşma protokoluna əsasən əldə edilməsi nəzərdə tutulan səhmlərin dəyəri təxminən 85 milyon avro təşkil edir. Xalis borc və dövriyyə kapitalı daxil olmaqla bağlanış düzəlişləri nəzərə alınmaqla, yekun məbləğ bağlanış zamanı dəqiqləşəcək.

Əməliyyatın tamamlanması “Automecanica” üzrə aparılacaq ətraflı yoxlama prosesinin “Otokar” üçün qənaətbəxş şəkildə başa çatmasından sonra tərəflər arasında hissə təhvil-təslim müqaviləsinin imzalanması və Rumıniyanın rəqabət və milli müdafiə qurumlarından müvafiq icazələrin alınması ilə mümkün olacaq. Sözügedən prosesin aprel ayının sonunadək tamamlanması hədəflənir.

“Otokar” razılaşma protokolu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri hissələrinin hamısına sahib olduğu törəmə şirkəti “Otokar Land Systems SRL”ə ötürə biləcək.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2026

2026

 

Chosen
35
poliqon.az

1Sources