EN

Daşkəsənli məktəblilərə milli mənəvi dəyərlər aşılanır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Daşkəsən, 28 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC

Daşkəsəndə məktəblilər üçün qış tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə vətənpərvərlik mövzusunda filmlərin nümayişləri təşkil olunur.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu təşəbbüsün məqsədi uşaqlarda milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, tarixi əhəmiyyət kəsb edən filmlərin təbliği və uşaqların dünyagörüşünün artırılmasıdır.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan yerli istehsal olan film və cizgi filmləri maraqla qarşılanır.

Məktəblilər, həmçinin mərkəzdə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, fotoşəkillər və sənədlərlə, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətləri barədə ətraflı məlumatlarla da tanış olurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
86
azertag.az

1Sources