EN

Generalın oğlunun keçmiş sevgilisindən YENİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisindən üzr istəyib.

Publika.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə R.Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyeva məlumat verib.

O bildirib ki, paylaşımdan sonra polis əməkdaşları məsələni dərhal nəzarətə götürüblər və araşdırmalar başlanılıb:

"Dünən məni Nərimanov Rayon Polis İdarəsinə dəvət etdilər. Rüstəm Orucovu da idarəyə çağırdılar. O, əvvəlcə sosial şəbəkələrdə etdiyi əməlləri təkzib etsə də, Nərimanov Rayon Polis İdarəsində törətdiyi əməlləri boynuna alıb və yazılı surətdə etdiyi əməldən peşman olduğunu bildirdi.

Chosen
39
9
publika.az

10Sources