Adı Avropa klubları ilə hallanan Arda Güler “Real Madrid”də qalacaq. Metbuat.az xəbər verir ki, “Real”ın məşqçisi Alvaro Arbeloa Ardanın klubdan gedəcəyi barədə iddiaları təkzib edib. O, futbolçunun “Real”ın layihəsində mühüm rol oynayacağını ifadə edib. Arbeloa Ardanın istedadlı futbolçu olduğu qeyd edib. Arbeloa Ardanın ötürmə qabiliyyətini tərifləyib, onun hücumda və müdafiədə yaxşı oynadığını ifadə edib. Qeyd edək ki, “Arsenal” klubunun Arda Gülerin xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi.