EN

“Bayer” “Vilyarreal”ı ÇL-dən kənarlaşdırdı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində Almaniyanın “Bayer” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, “BayArena” stadionunda keçirilən qarşılaşmanı Norveçdən olan baş hakim Espen Eskos idarə edib. Görüş “Bayer”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Malik Tillman açıb. 35-ci dəqiqədə Tillman ikinci qolunu vuraraq dubla imza atıb. 57-ci dəqiqədə isə yarımmüdafiəçi Alejandro Grimaldo hesabı 3:0-a çatdıraraq qələbəni təmin edib.

Səkkiz turdan sonra “Vilyarreal” 1 xalla 35-ci pillədə qərarlaşıb, “Bayer” isə 12 xalla 16-cı yerdə qərar tutub.

Qeyd edək ki, Çempionlar Liqasının 2025/2026 mövsümünün finalı 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.

Chosen
23
90deqiqe.az

1Sources