EN

Qurban Qurbanov: Bu məğlubiyyətin böyük faydası olacaq!

"Böyük hesablı məğlubiyyətə baxmayaraq futbolçularımı, Azərbaycan futbol ictimaiyyətini, xalqını təbrik edirəm ki, belə böyük turnirdə böyük addım atdıq".

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Liverpul"la oyununu (6:0) "İctimai TV"yə şərh edərkən deyib.

Təcrübəli mütəxəssis arzuolunmaz məğlubiyyətə rəğmən, komanda olaraq böyük oyunların və böyük turnirlərin necə olmasını tam hiss etdiklərini bildirib:

"Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olacağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdik.

0:6 məğlub olsaq da, çox sevincliyəm. "İlk 24-lüy"ə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0:1, 0:2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq".

Chosen
12
2
publika.az

2Sources