EN

Yanğın 1850 ci ildə tikilmiş 5 ulduzlu oteli məhv etdi

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın Kurşevel kurort şəhərində yanğın 5 ulduzlu "Grandes Alpes" otelini yararsız vəziyyətə salıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın otelin çardağında başlayıb və digər hissələrə keçib.

Srağagün axşam saatlarında başlayan yanğının söndürülməsi üçün əraziyə 131 yanğınsöndürən cəlb olunub. 4 yanğınsöndürən tüstüdən yüngül zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Oteldə məskunlaşmış 200-ə yaxın turist və personal vaxtında təxliyyə edildiyindən insan itkisi olmayıb. Qonaqlar digər otellərə yerləşdirilib. 

Qeyd edək ki, 1850-ci ildə inşa olunmuş bu otel turistlər arasında çox  populyardır və bir vaxtlar Uels şahzadəsi Uilyam ailəsi ilə burada məskunlaşıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
525.az

1Sources