EN

“Qarabağ”ın 2 potensial rəqibi bilindi - Püşk nə vaxt atılacaq?

Tarixində ilk dəfə Çempionlar Liqasında “pley-off”a vəsiqə qazanan “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Azərbaycan çempionu “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq.

Bu o deməkdir ki, “Qarabağ”ın “pley-off”da rəqibi ya 11-ci yeri tutan PSJ (Fransa) və ya 12-ci olan “Nyukasl” (İngiltərə) olacaq.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Bu mərhələnin görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.

Chosen
45
3
sportinfo.az

4Sources