EN

Mbappe Çempionlar Liqasının əsas mərhələsinin ən çox qol vuran oyunçusu olub

2025/26 Çempionlar Liqasının əsas mərhələsi başa çatıb. “Real Madrid”in hücumçusu Kilian Mbappe yeddi oyunda 13 qol vuraraq bu mərhələdə ən çox qol vuran oyunçu olub.

“Bavariya”nın hücumçusu Harri Keyn səkkiz oyunda səkkiz qol vuraraq ikinci, “Mançester Siti”nin hücumçusu Erlinq Holand isə səkkiz oyunda yeddi qol vuraraq üçüncüdür.

Xatırladaq ki, bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsi 2026-cı il fevralın 17-18-i və 24-25-i tarixlərində keçiriləcək. Final oyunu 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da olacaq.

İdman.Biz
Chosen
22
2
idman.biz

3Sources