EN

KİV: Tramp İrana yeni zərbə endirmək imkanını nəzərdən keçirir

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni hərbi zərbə variantlarını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqtonla Tehran arasında İranın nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı aparılan ilkin danışıqlar nəticə vermədikdən sonra Tramp yeni genişmiqyaslı zərbə ehtimalını dəyərləndirir.

CNN-in mənbələrinin bildirdiyinə görə, mümkün variantlar sırasında İran rəhbərliyinə və təhlükəsizlik qurumlarının əməkdaşlarına qarşı hava zərbələri, həmçinin ölkənin nüvə obyektləri və dövlət qurumlarının hədəfə alınması müzakirə olunur.

Telekanal vurğulayır ki, ABŞ prezidenti hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.

Chosen
39
1
teleqraf.com

2Sources