EN

İran ABŞ ilə danışıqlara hazırdır

BAKI, 29 yanvar. TELEQRAF

İran ABŞ administrasiyası ilə danışıqlara açıqdır, ancaq bu, yalnız Vaşinqtonun həqiqətən razılaşmaların əldə olunmasına yönəlmiş real dialoqa hazır olduğu halda mümkündür.

Teleqraf xəbər verir ki, bunu İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqlar beynəlxalq normalar çərçivəsində real razılaşmanın əldə olunmasına yönələrsə, Tehran buna razıdır.

“Əgər bu, həqiqi danışıqlar olarsa, bəli. Amma bu, ABŞ prezidenti Donald Trampın can atdığı danışıqlar deyil, o sadəcə öz iradəsini digərlərinə qəbul etdirmək istəyir”, - Qalibaf bildirib.

Qalibaf qeyd edib ki, əgər Tramp doğrudan da səmimidirsə və Nobel Sülh Mükafatını qazanmaq istəyirsə, real sülhə doğru addım atmalı və ilk növbədə müharibə tərəfdarlarından, eləcə də İranı ram etmək istəyən qüvvələrdən uzaqlaşmalıdır.

İran parlamentinin sədri, həmçinin bildirib ki, Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticələrini nəzarətdə saxlaya bilməz.

“Minlərlə kilometr uzaqda, Yaxın Şərqə göndərilən minlərlə amerikalı əsgər mütləq zərər görəcək. Bu isə yaxşı hal deyil”, - o əlavə edib.

Chosen
34
teleqraf.com

1Sources