EN

ÇL: Liqa mərhələsinin yekunları

ain.az, futbolpress-az saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, VIII turun oyunlarından sonra 1/8 finala və pley-offa vəsiqə qazanan komandaların adları dəqiqləşib.

Azərbaycan təmsilçisi “Qarabağ” yoluna pley-offdan davam edəcək.

1/8 finala yüksələnlər:

“Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Tottenhem” (hamısı İngiltərə), “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “Sportinq” (Portuqaliya).

Pley-off mərhələsinə yüksələnlər:

“Atalanta”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Atletiko”, “Real” (hər ikisi İspaniya), “Borussiya” (Dortmund), “Bayer” (Almaniya), “Benfika” (Portuqaliya), “Bodo-Qlimt” (Norveç), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Monako”, PSJ (hər ikisi Fransa), “Nyukasl” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Qarabağ” (Azərbaycan).

Çempionlar Liqasına vida edənlər:

“Ayaks”, PSV (hər ikisi Niderland), “Kopenhagen” (Danimarka), “Ayntraxt” (Almaniya), “Kayrat” (Qazaxıstan), “Marsel” (Fransa), “Napoli” (İtaliya), “Pafos” (Kipr), “Slaviya” (Çexiya), “Yunion” (Belçika), “Atletik”, “Vilyarreal” (hər ikisi İspaniya).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
88
18
futbolpress.az

10Sources