"Hazırda PAŞA Bank tərəfindən yaşıl istiqraz buraxılması ilə bağlı konkret plan yoxdur - nə yaxın aylarda, nə də 2026-cl il ərzində".
Marja.az xəbər verir ki, bunu “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib.
Cavid Quliyev xatırladıb ki, PAŞA Bank daha əvvəl SOCAR-ın iri həcmli istiqraz buraxılışlarının həyata keçirilməsində fəal rol oynayıb və bu sahədə təcrübəyə malikdir. Gələcəkdə bazar şəraiti və strateji prioritetlərdən asılı olaraq bu istiqamət yenidən dəyərləndirilə bilər.