EN

Cinayət mühakimə icraatının elektron aparılma qaydası dəyişir

Bakı. Trend:

Azərbaycanda cinayət mühakimə icraatının elektron qaydadaaparılması qaydalarında dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunanCinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanunlayihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron qaydada cinayət mühakiməicraatı Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumiqaydalara uyğun olaraq həyata keçiriləcək.

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektronformada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektrondövriyyəsi qaydası müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən ediləcək.

Cinayət mühakimə icraatının elektron qaydada aparılması zamanısənəd dövriyyəsinin və cinayət-prosessual fəaliyyətin həyatakeçirilməsi ilə əlaqədar gücləndirilmiş elektron imzadan vəsertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadəediləcək.

“Elektron imza və elektron sənəd haqqında” Qanunda nəzərdətutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədlərkağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikolacaq.

Cinayət-Prosessual Məcəllədə kağız daşıyıcıda tərtib olunmasınəzərdə tutulan sənədlər gücləndirilmiş elektron imza vəsertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqlagöndərilə, saxlanıla və yoxlanıla biləcək.

Kağız daşıyıcıda verilmiş və ya tərtib edilmiş sənədlər cinayətmühakimə icraatını elektron qaydada aparan təhqiqatçı, müstəntiq,prokuror və ya hakim tərəfindən gücləndirilmiş elektron imza vəsertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqlamüvafiq informasiya sistemlərinə yükləniləcək.

İstintaq və ya digər prosessual hərəkətlərin aparılması zərurətiyarandıqda cinayət prosesini həyata keçirən orqan müvafiqinformasiya sistemi vasitəsilə göndərilmiş sənədin əslini tələb edəbiləcək.

Cinayət mühakimə icraatı elektron qaydada aparıldıqda cinayəttəqibi üzrə materialların məhv edilməsinin qarşısının alınmasıməqsədilə onların ehtiyat nüsxəsinin formalaşdırılaraq saxlanılmasıcinayət prosesini həyata keçirən orqanlar tərəfindən təminediləcək.

Chosen
55
6
az.trend.az

10Sources