EN

Zelenskini Putinlə Moskvada görüşə çağırdılar: Dəvətin arxasında nə dayanır?

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putinlə görüşmək üçün Moskvaya getməlidir.

Publika.az xəbər verir ki, bu fikri Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın köməkçisi olmuş Oleq Soskin bildirib.

"Gedin və nəhayət ki, hər şey barədə razılığa gəlin! Vəssalam. Bəs nə? Kiyevdə baş verənlərdən sonra başqa variantlar varmı?", - deyə politoloq qeyd edib.

Soskin hesab edir ki, əgər Zelenski Rusiya paytaxtına gedərsə, ona ən yüksək səviyyəli təhlükəsizlik təmin ediləcək.

Xatırladaq ki, dünən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin Zelenskinin Rusiyada danışıqlarda iştirak edəcəyi təqdirdə Moskvanın onun təhlükəsizliyini təmin edəcəyi barədə açıqlamasını təsdiqləyib.

Chosen
10
publika.az

1Sources