EN

Meta-nın gəliri 24 faiz artıb

Facebook, Instagram və WhatsApp-ın sahibi olan Meta da ötən ilin dördüncü rübünə dair maliyyə hesabatını dərc edib.

Marja.az xəbər verir ki, şirkətin 2025-ci ilin son rübündə əldə etdiyi gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 59,9 milyard dollara yüksəlib. Meta 2024-cü ilin eyni dövründə 48,4 milyard dollar gəlir əldə etmişdi.

Meta-nın xalis mənfəəti ötən ilin son rübündə 9 faiz artaraq 22,8 milyard dollar təşkil edib. Şirkət 2024-cü ilin eyni dövründə 20,8 milyard dollar mənfəət açıqlamışdı.

Şirkətin 2024-cü ilin dördüncü rübündə 8,02 dollar olan səhmbaşına mənfəəti ötən ilin eyni dövründə 8,88 dollara yüksəlib.

Meta-nın gəliri və mənfəəti bu dövrdə bazar gözləntilərini aşıb.

Şirkət bu ilin birinci rübündə gəlirin 53,5 milyard dollar ilə 56,5 milyard dollar arasında olacağını proqnozlaşdırdığını bildirib.

Meta 2026-cı il üzrə ümumilikdə xərclərin 162 milyard dollar ilə 169 milyard dollar arasında olacağını gözlədiyini, xərclərdəki artımın əsasən infrastruktur xərclərindən qaynaqlanacağını qeyd edib.

Şirkətin baş icraçı direktoru (CEO) Mark Zukerberq maliyyə nəticələrinə dair qiymətləndirməsində 2025-ci ildə güclü performans göstərdiklərini vurğulayaraq, “2026-cı ildə dünyanın dörd bir yanındakı insanlar üçün şəxsi super zəkanı inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə bildirib.

Meta maliyyə hesabatı 2025 Meta 4-cü rüb nəticələri Meta gəliri artıb Meta xalis mənfəət Meta səhmbaşına mənfəət EPS Facebook Instagram WhatsApp sahibi Meta Meta bazar gözləntilərini aşdı Meta 599 milyard dollar gəlir Meta mənfəət 228 milyard dollar texnologiya şirkətləri maliyyə nəticələri sosial media nəhəngləri Meta 2026 proqnozu Meta gəlir proqnozu Q1 2026 Meta xərclər proqnozu infrastruktur xərcləri artımı süni intellekt investisiyaları Mark Zukerberq açıqlaması şəxsi super zəka layihəsi qlobal texnologiya sektoru xəbərləri
Chosen
15
1
marja.az

2Sources