EN

Azərbaycan UEFA reytinqində irəlilədi

Çempionlar Liqasının 8-ci turundan sonra Azərbaycan UEFA reytinqində irəliləyib.

İdmanxeber.az xəbər verir ki, “Qarabağ” “Liverpul”a 0:6 hesabı ilə uduzsa da, pley-offa vəsiqə qazandığı üçün 0.187 xal qazanıb.

Bununla Azərbaycanın xalı 22.937-yə yüksəlib və ölkəmiz 27-ci yerdən 26-cı pilləyə qalxıb.

Azərbaycanı Serbiya (24.375) qabaqlayır, Sloveniya (22.843) isə arxada qalır.

Chosen
31
24
idmanxeber.az

10Sources