EN

Məscidlərə olan terrorun arxasında Ermənistan izi

"2019-cu ildə Yeni Zelandiyanın Kristçörç şəhərində məscidlərə qarşı törədilmiş dəhşətli terror aktı bütün dünyanı silkələdi. Terrorçu Brenton Tarrant Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edərək 49 nəfəri öldürüb və 48 nəfəri isə yaralayıb".

Azreform.info  xəbər verir ki, bu sözləri professor Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu terror aktında diqqətdən kənar qalan suallar var idi ki, onu nə dünya mediası üzə çıxardı, nə də Yeni Zellandiya polisi:

"Terrorçu 2016-cı ildə Balkan ölkələri ilə yanaşı Ermənistana da səfər etmişdi. Onun bu səfər zamanı kimlərlə görüşdüyü və konkret bir "əlbirlik" sübutu rəsmi istintaqda qeyd edilmədi. Sadəcə bu məsələnin üstündən keçdilər.

Şəkildə gördüyünüz uzun darağın sol tərəfində erməni əlifbası ilə "Sarıqamış döyüşü" yazılıb. Terrorçu hadisədən əvvəl yaydığı manifestdə türklərə xitabən: "Boğazın qərb sahilində yaşamağa çalışsanız, sizi öldürəcəyik və torpaqlarınızdan qovacağıq" - deyə statuslar paylaşmış idi və aktiv sosial media üzvü olan bu şəxsin terrordan öncə bu statusu yerli hüquq mühafizə orqanlarının diqqətini niyə cəlb etmədi?

Terrorçunun törətdiyi hadisə eynən 70-80-ci illərdə fəaliyyət göstərmiş ASALA erməni terror təşkilatlarının metodları idi və niyə Yeni Zellandiya hökuməti bu məsələnin üzə çıxmasını əngəllədi?

Ermənistan hökuməti baş sağlığı versə də onların sosial media seqmentində ictimai və siyasi şəxslərin terrorçuya məxsus silahın darağına yazılan erməni dilində olan yazını paylaşaraq onu qəhrəman elan etməsinə reaksiya vermədi.

Bəzi mənbələrə görə, o, yazılarında tarixi erməni yer adlarına da istinad edib. Bu yazılar onun erməni terroru tarixindən İlham alaraq öz terror aktı üçün zəmin hazırlaması barədə mesajları niyə müvafiq qurumların diqqətini cəlb etmədi və bu bir kənara istintaq sənədlərində bir cümlə belə yazılmadı bu barədə.

Terrorçu "4chan" və "8chan" kimi forumlarda vaxt keçirirdi. Bu platformalarda müxtəlif millətlərdən olan, xüsusən də erməni şovinistləri ilə birlikdə tez-tez türk və İslam əleyhinə paylaşımlar edirdi. Bu vacib məqam və onun orda əlaqədə olduğu ermənilər barədə məlumat da niyə gizli saxlanıldı?

Terrorçunun silah darağnda olan erməni dilində yazı qramatik cəhətdən düz idi və erməni dilini bilməyən terrorçunun bu yazını özünün ora qeyd etməsi mümkün deyildi və mütləq şəkildə orda hansısa ermənilərin ona kömək etməsi sualını ortaya çıxarır ki, niyə istintaq bunu gözdən qaçırdı?

Son olaraq məhkəmədə Tarrant özünü ermənilərin "vəkili" və qisasçısı kimi təqdim etməyə çalışırdı. Niyə bu məsələ Yeni Zellandiya kimi "azad və demokratik" bir ölkədə gündəmdən silindi?"

Həmidə İbrahimova

Chosen
4
3
azreform.info

4Sources