Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, görüşlərdən biri XI turdan təxirə salınan oyun, digəri XV tur çərçivəsində qarşılaşmadır.
Əvvəlcə son turun "Lənkəran" - "Ordu" matçı baş tutacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 15:00-da start götürəcək.
"Ordu" hazırda B qrupunda 27 xalla liderdir. 18 xala malik "Lənkəran" sonuncu - 6-cı pillədə qərarlaşıb.
Təxirə salınmış matçda isə NTD "Gəncə" ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da Bakı İdman Sarayında start götürəcək. "Gəncə" A qrupunda 18 xalla dördüncüdür. Sonuncu - 6-cı yerdə olan NTD-nin 15 xalı var.
Qeyd edək ki, XV tura fevralın 1-də yekun vurulacaq.