EN

"Qarabağ"ın potensial rəqibinin ulduzu zədələndi

Fransanın PSJ klubu itki ilə üzləşib.

Milli.Az-ın məlumatına görə, Paris təmsilçisinin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya zədələnib.

24 yaşlı futbolçu Çempionlar Liqasının VIII turunda "Nyukasl"la keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada topuq nahiyəsindən zədə alıb və oyunu yarımçıq davam etdirib.

Komandanın baş məşqçisi Luis Enrike oyunçunun durumunun ciddi olduğunu vurğulayıb və tibbi müayinələrdən sonra daha dəqiq məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, PSJ "Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqiblərindən biri hesab olunur. Kvaratsxeliyanın durumu bu baxımdan da diqqətlə izlənilir.

Hüseyn
Milli.Az

Chosen
23
1
milli.az

2Sources