EN

Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa İranla bağlı üçtərəfli sammitin keçirilməsi təklifini irəli sürüb. Bu barədə hökumətyönlü Hürriyet qəzeti məlumat yayıb.

Qəzetə görə, təklif 27 yanvar tarixində telefon danışığı zamanı irəli sürülüb. Ərdoğan, sammitin ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans formatında keçirilməsini təklif edib. Hürriyetin şərhçisi Hande Fırat yazıb ki, Tramp Ərdoğanın təklifinə müsbət yanaşır.

Bildirilib ki, İranın xarici işlər naziri Abbas Arağçi bu həftə həmkarı Hakan Fidan ilə görüşmək üçün Türkiyəyə səfər edəcək, lakin konkret tarix açıqlanmayıb. Türkiyə və İranın xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışaraq regiondakı gərginliyin azaldılması məsələlərini müzakirə ediblər.

Ankara İran məsələlərinin diplomatik yolla həllini gözləyir. Türkiyə prezidentinin baş xarici siyasət və təhlükəsizlik müşaviri Akif Çağatay Kılıç çərşənbə axşamı TRT Haber-ə bildirib ki, Türkiyə tərəfi İran işlərinə xarici müdaxilənin müsbət nəticə verməyəcəyinə inanır.

İranda dekabrın 29-dan başlayaraq rialın kəskin dəyər itirməsi fonunda küçə etirazları baş qaldırıb və iğtişaşlar ölkənin əksər böyük şəhərlərinə yayılıb. İran rəsmiləri etirazçıların içində silahlı terrorçuların peyda olduğunu və iğtişaşlara görə İsrail və ABŞ-ı günahlandırdıqlarını bildiriblər.

Gülnar 

Chosen
15
anews.az

1Sources