EN

Stilist Anar Ağakişiyev müasir və lüks evinin görüntüləri

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur stilist Anar Ağakişiyev lüks evi ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında "Mənimlə bir gün" adlı bloq paylaşıb.

Anar Ağakişiyev qeyd edib ki, 11 il kirayə yaşadıqdan sonra belə bir lüks ev alaraq bura köçüb.

Stilistin evi müasir və işıqlı dizaynı ilə marağa səbəb olub. Anar Ağakişiyev şəxsi mənzilində özü üçün əsl komfort zona yaradıb. O eyvanında həyət evini xatırladan bitkilərdən və müasir dizaynlı mebellərdən ibarət istirahət otağı təşkil edib.

Stilistin çay fincanın üzərindəki foto da xüsusi marağa səbəb olub. Həmin şəkildə mərhum Xalq artisti İlhamə Quliyevanın şəkili yer alıb. Anar "Hər səhər bu fincanda çay içmək mənə enerji verir" deyə qeyd edib.

O evinin böyük bir hissəsini qarderob otağı etdirib. Burada Ağakişiyevin olduqca baha qiymətə aldığı lüks markalara aid ayaqqabıları yerləşdirilib.

Anar Ağakişiyevin mənzilindən olan görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
baku.ws

1Sources