Türkiyə beşinci nəsil KAAN qırıcı təyyarəsini hazırlayır. Uçuş sınaqları bu il başlayacaq, lakin istehsal 2029-cu ilə qədər təxirə salınıb.
Herbiand.az xəbər verir ki, bu barədə SAHA İstanbul-a verdiyi müsahibədə Turkish Aerospace Industries (TAI) şirkətinin baş direktoru Mehmet Demiroğlu bildirib.
Hazırda üç prototip istehsal olunur və uçuş sınaqlarında iştirak edəcək. İkinci təyyarə 2026-cı ilin sonuna qədər, üçüncüsü isə 2027-ci ilin əvvəlində səmaya qalxacaq.
KAAN təyyarəsinin seriyalı istehsalı 2029-cu ildə gözlənilir, əvvəlki istehsal tarixi isə 2028-ci ildə nəzərdə tutulmuşdu.
İlk təyyarə konveyer xəttindən Amerikanın General Electric F110-GE-129 mühərriki ilə çıxacaq. Lakin, Türkiyəyə tətbiq edilən sanksiyalar səbəbindən ABŞ mühərriklərinin alınması hazırda çətindir.
Bəxtiyar CƏFƏRLİ