EN

Əhəd Abıyev: "Qardaşım ölməyib" - YENİLƏNDİ

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyev qardaşının ölüm xəbərinə münasibət bildirib. Ə.Abıyev bu barədə "Qafqazinfo"ya açıqlama verib.

 
O bildirib ki, qardaşı hazırda ev şəraitində müalicəsini davam elətdirir:
 
"Qardaşım uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar".
 
***
11:47
 
Uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmış Nadir Abıyev vəfat edib.
 
Yenilik.az Publika.az-a istindən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.
 
Qeyd edək ki, Nadir Abıyev Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin qardaşı olub.
Chosen
29
9
yenilik.az

10Sources