Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova mənzillə təmin olunub.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanının xanımı bildirib. O bu günlərdə Prezident İlham Əliyevə yazdığı məktubda mənzil aldığına görə dövlət başçısına minnətdarlıq edib:
“Müharibədən sonra şəhid və qazi ailələrinin mənzillə təmin olunması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz tədbirlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də bu qayğının nəticəsi olaraq mənzillə təmin olunmuşam. Buna görə Sizə bir daha səmimi təşəkkürümü bildirirəm”, - deyə Könül Həmidova ölkə başçısına ünvanladğı məktubda qeyd edib.
Şükür Həmidov 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin geri alınmasında böyük şücaət göstərib. Prezidentin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, daha sonra vaxtından əvvəl polkovnik hərbi rütbəsinə layiq görülüb.
Vətən müharibəsində Ş.Həmidov dogulduğu Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.