E.Əmirov prosesin Azərbaycana təsiri ilə bağlı danışarkən qeyd edib ki, hər hansı ciddi və böyükmiqyaslı təsir olmayacaq: “Çünki Azərbaycana təsirləri dolların özünün manat qarşısında dəyər itirməsi və yaxud dəyər qazanması fonunda baş verir. Mərkəzi Bank tərəfindən birbaşa fiksasiya edilmiş, yəni bərkidilmiş 1 ABŞ dollarının 1,7 manat məzənnəsi nəticə etibarilə baş verən proseslərin Azərbaycan manatına təsirinin qarşısını alır. Bu da qlobal valyuta bazarlarında baş verən dəyişikliklərin manatın məzənnəsinə birbaşa təsirinin qarşısını alır. Dollar manatla bərkidildiyinə görə, dollar digər valyutalar qarşısında ucuzlaşdıqda, həmin valyutalar manat qarşısında bahalaşmış olur. Əksinə, digər valyutalar dollar qarşısında dəyər itirdikdə, bu, avtomatik olaraq manat qarşısında da ucuzlaşma ilə nəticələnir. Yəni dollarla digər valyutalar arasındakı məzənnə dəyişiklikləri dolayı yolla manatın digər valyutalara münasibətdə məzənnəsində fərqlər yaradır”. Sevinc İbrahimzadə / Metbuat.az