EN

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində MAA-da GÖRÜŞ KEÇİRİLİB

Ajans.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat verib. Görüş zamanı Milli Aviasiya Akademiyasında laboratoriyalarda həyata keçirilən elmi-tədqiqat fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, tədrisin təşkili, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ali təhsil pilləsi ilə yanaşı Milli Kvalifikasiya çərçivəsinin digər səviyyələrində də kadr hazırlığının mümkünlüyü, habelə bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb. 
  Görüş çərçivəsində elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, institusional inkişaf məsələləri və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Chosen
27
2
Ajans.az

3Sources