BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 02.02.2026-cı il tarixində başlayıb, 11.02.2026-cı il tarixinədək davam edəcəkdir.
AZ2013020808 İSİN kodlu istiqrazların yerləşdirilməsi 12 fevral 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | "KƏPƏZ BOKT" MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2013020808 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir. |
| Tədavül müddəti | 24 ay |
| Ticarətə buraxılma tarixi | 12.02.2026 |
| Anderrayter | “Troni İnvestisiya Şirkəti” QSC |