EN

"İstər PSJ, istərsə də "Nyukasl" gəlsin, "Qarabağ" üçün asan olmayacaq -ŞƏRH

""Qarabağ"ın pley-off mərhələsinə yüksəlməsi çox böyük və tarixi bir nəticədir. "Qarabağ"ın "Liverpul"a böyük hesablı məğlubiyyəti üzücü olsa da, əslində gözlənilən idi və bunu normal qəbul etmək lazımdır. Çünki Azərbaycan futbolunun səviyyəsi ingilis futbolu ilə müqayisə edilə bilməz. Komandalar arasında çox ciddi fərq, böyük uçurum var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə keçməsindən danışarkən bildirdi.

"Ümumilikdə, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi, hətta əsas mərhələdə iştirak etməsi belə böyük və tarixi bir uğurdur. Artıq pley-off mərhələsindən danışırıq və bu nailiyyətin nə qədər dəyərli olduğunu yəqin ki, illər sonra daha aydın şəkildə anlayacağıq. "Qarabağ" həqiqətən tarix yazır və inanılmaz bir uğura imza atıb. Bir Azərbaycan komandasının Avropanın nəhəngləri arasında yer alması və pley-off mərhələsinə yüksəlməsi həqiqətən möhtəşəm, fantastik nəticədir. Rəqibin kimliyi prinsip etibarilə o qədər də önəmli deyil, istər PSJ, istərsə də "Nyukasl" olsun, hər ikisi böyük klubdur. "Nyukasl" İngiltərə Premyer Liqasının ən güclü komandalarından biridir, PSJ isə Çempionlar Liqasının son qalibidir. Yəni kim gəlirsə gəlsin, "Qarabağ" üçün asan olmayacaq. Amma bu mərhələyə qədər gəlmək özü-özlüyündə böyük uğurdur. Məncə, "Qarabağ"ın əsas vəzifəsi bu mərhələdə layiqli mübarizə aparmaqdır. Nəticə necə olursa olsun, hətta pley-offda məğlub olsaq belə, biz bu komandanı alqışlamalı və təbrik etməliyik", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
9
50
redaktor.az

10Sources