EN

Azərbaycan xalçaları Bəhreyndə müasir incəsənət muzeyinin daimi kolleksiyasına daxil edildi (FOTO)

Bakı. Trend:

Yanvarın 26-da Bəhreyn Krallığında, ərəb və İslam incəsənəti iləyanaşı, dünya miqyaslı müasir sənət nümunələrinin də nümayişolunacağı yeni mədəni məkan “RAK Art Collection” - nun rəsmiaçılışı baş tutub. Gələcəkdə müasir incəsənət muzeyi kimi fəaliyyətgöstərəcək bu məkan Şeyx Rəşid bin Xəlifə Al Xəlifənin təşəbbüsüilə yaradılıb.

Trend xəbər verir ki, açılışmərasimində Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdarincəsənət xadimi Emin Məmmədov da iştirak edib. Tədbir çərçivəsindəEmin Məmmədov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman binHamad Al Khalifa ilə görüşərək Azərbaycan xalçaçılıq sənətinintarixi, istehsal prosesi və müasir dövrdə inkişaf istiqamətləribarədə ətraflı məlumat verib. Əlahəzrətləri Azərbaycan xalçaçılıqsənətinə olan marağını xüsusi vurğulayıb.

Sevindirici haldır ki, muzeyin daimi kolleksiyasına rəssam AydanSalahova ilə “Azərxalça” ASC-nin birgə əməkdaşlığı nəticəsindəərsəyə gəlmiş “Qadın” xalça triptixi də daxil edilib. Bu sənətəsəri klassik Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədiiyanaşma ilə sintezini əks etdirir. Açılış zamanı Emin Məmmədov“Qadın” xalçası ilə yanaşı, Şeyx Rəşid bin Xəlifəyə onun əsəriəsasında Azərbaycanda toxunmuş xüsusi xalça nümunəsini də təqdimedib.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən tanınmış incəsənətxadimləri, kolleksiyaçılar və kuratorlar iştirak ediblər. Qonaqlararasında Jeff Koons, Joachim Pissarro, Simon de Pury və digərnüfuzlu sənət nümayəndələri yer alıb.

Yeni açılan “RAK Art Collection” Bəhreynin incəsənət vəmədəniyyət səhnəsini daha da zənginləşdirərək, regional vəbeynəlxalq müasir sənət üçün mühüm dialoq platformasına çevrilməyihədəfləyir. Azərbaycan xalçaçılıq sənətinin bu cür nüfuzlubeynəlxalq məkanda daimi kolleksiyada təmsil olunması milli mədəniirsimizin dünya miqyasında tanıdılması baxımından mühümnailiyyətdir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
71
7
az.trend.az

5Sources