EN

Ankarada Suriyanın bir sıra şimal rayonlarından hərbçilərin çıxarılması məlumatları təkzib edilib  

Ankarada Türkiyə hərbçilərinin Suriyanın bir sıra şimal rayonlarından çıxarılması ilə bağlı bəzi media orqanlarının yaydığı məlumatlar təkzib olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr “Sülh bulağı” antiterror əməliyyatı zonasındakı Türkiyə Silahlı Qüvvələrinin nəzarət sahəsinin azaldılması barədə iddiaları “dezinformasiya” adlandırıblar.

“Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı fəaliyyəti davam edir və Suriya hökuməti ilə koordinasiya olunur”, – deyə müdafiə qurumundakı mənbələr vurğulayıblar.

Ankarada yoxlanılmamış məlumatlara etibar etməmək, yalnız rəsmi qurumların açıqlamalarına əsaslanmaqla bağlı ictimaiyyətə çağırış edilib.

Chosen
13
1
azerbaijan-news.az

2Sources