EN

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, qonağa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumat verilib.

Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerli istehsalın təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində görülən işlərdən söz açılıb. 

Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar olunduqdan sonra yararsız vəziyyətə düşüb.

2018-ci ildə bina “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksinə çevrilib.

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq, hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleks dəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxış imkanları genişləndirilir.

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo burada hazırlanan qida məhsullarından dadıb. O,  ailə təsərrüfatlarının dəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD” modelinin əhəmiyyətini  vurğulayıb və  quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.

Chosen
55
9
cebheinfo.az

10Sources