EN

Bir kişi lotereya qazandı, narkotik laboratoriyası tikdi və həbsxanaya düşdü

İngiltərədə 3,3 milyon dollar lotereya udmuş Con Erik Spibi irimiqyaslı narkotik istehsalı və odlu silah saxlamaqda təqsirli bilinərək 16 il 6 ay həbs cəzası aldı.

QHT.az xəbər verir ki, məlum olub ki, o, Viqandakı evinin yaxınlığında iki gizli narkotik laboratoriyası qurub və dərman adı altında narkotik yaydırıb. Evində iki tapança və sursat tapılıb.

Spibinin oğlu və əməkdaşı Li Druri də cinayətə cəlb olunub. Oğlu 9 il, Druri isə 9 il 9 ay həbsə məhkum edilib. Məhkəmə Spibinin əsas təşkilatçı olduğunu bildirib.

Chosen
21
qht.az

1Sources