EN

Çempionlar Liqasında son turun ən yaxşı oyunçusu müəyyənləşdi

"Benfika"nın yarımmüdafiəçisi Andreas Şelderup UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu seçilib.

Bakıvaxtı.az bu barədə sport24.ru saytına istinadən xəbər verir.

Norveçli futbolçu "Real"la matçda dubl edərək komandasının 1/16 finala yüksəlməsinə kömək edib.

Şelderup mükafat uğrunda mübarizədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallisteri, "Çelsi"nin hücumçusu Joao Pedronu və "Bayer"in yarımmüdafiəçisi Malik Tillmanı qabaqlayıb.

Chosen
59
8
bakivaxti.az

7Sources