EN

Diddi Tupak Şakuru öldürməsini etiraf edib NYP

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı reper və prodüser P. Diddi (əsl adı Şon Kombs) həmkarı Tupak Şakurun qətlində iştirak etdiyini etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Post" (NYP) qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şikayətçi Stiv Otis iddia edib ki, 2012-ci ildə P. Diddi ona cinsi təcavüz edib.

Otisin sözlərinə görə, reper hadisədən sonra onu hədələyib və Tupakın öldürməsini xatırladaraq onu susdurmaq üçün təhdid kimi istifadə edib.

“Yaxşısı budur, bu barədə danışma... Zarafat etmirəm. Əgər mən Pakı (Tupak Şakur – red.) öldürə bilmişəmsə, o zaman səninlə nələr ola biləcəyini düşün” – deyə Otis Diddinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, T.Şakur 1996-cı ilin sentyabrın 13-də naməlum şəxslər tərəfindən avtomobilində güllələnib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
3
axar.az

8Sources